Türk Hava Yolları Tehran, Təbriz və Məşhədə uçuşları ləğv edib
09 Yanvar 2026
Türk Hava Yolları (THY) Tehran, Təbriz və Məşhədə 17 uçuşu ləğv edib.
Bu barədə Türk Hava Yolları məlumat yayıb.
Qeyd edilib ki, İranda son baş verən hadisələr səbəbindən 9-10 yanvar tarixlərində Tehran, Təbriz və Məşhədə planlaşdırılan ümumilikdə 17 uçuş ləğv edilib.