Tramp Venesuelanın müvəqqəti prezidentini hədələdi: Maduronun taleyini yaşaya bilər
05 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelanın Vitse-prezidenti, dövlət başçısı vəzifəsini icra edən Delsi Rodriqesin hərəkətləri rəsmi Vaşinqtonu qane etməsə, o, bunun bədəlini ödəyəcək.
Tramp bu açıqlamanı "The Atlantic"ə müsahibəsində verib.
Trampın sözlərinə görə, əgər o, düzgün iş görməsə, çox yüksək bədəl ödəyəcək, bəlkə də ABŞ tərəfindən ələ keçirilmiş Prezident Nikolas Madurodan da ağır bədəl ödəyəcək.