Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Meksikada hərbi əməliyyata başlayır

ABŞ Prezidenti Donald Tramp narkokartellərə qarşı quruda əməliyyatlara başlamaq planını açıqlayıb.

O, bu barədə "Fox News"ə müsahibəsində bildirib.

"Biz su yolu ilə gələn narkotiklərin 97%-nin qarşısını aldıq və indi qurudakı kartellərə zərbələr endirməyə başlayacağıq", - Prezident qeyd edib.

D.Tramp həmçinin vurğulayıb ki, narkokartellər Meksika üzərində böyük hakimiyyətə malikdirlər.

"Kartellər Meksikanı idarə edir. Bu ölkədə baş verənləri müşahidə etmək çox kədərlidir", - o əlavə edib.