Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şolts Putinə Ukraynanın yaxın 30 ildə NATO-ya üzv olmayacağına söz verib

Almaniya kansleri Olaf Şolts Ukrayna münaqişəsi başlamazdan əvvəl Rusiya prezdenti Vladimir Putinə Ukraynanın azı 30 il ərzində NATO-ya üzv olmayacağına söz verib.

B barədə Die Welt nəşri məlumat yayıb.

Nəşr yazır ki, təklif kanslerin fevralda Moskvaya səfəri zamanı edilib. Alman siyasətçi eyni zamanda bildirib ki, NATO heç vaxt Rusiya üçün təhlükə olmayıb.

Die Welt eyni zamanda yazır ki, Olaf Şolts Putinlə dialoqu davam etdirməyin tərəfindarıdır.