Sırski Pokrovskun müdafiəsinin davam etdiyini bildirib
13 Dekabr 2025
Pokrovskun müdafiəsi Ukrayna qüvvələri tərəfindən davam etdirilir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib.
Sırski həmçinin Mirnoqrad şəhərinin mühasirədə olmadığını və Ukrayna ordusunun Kupyansk şəhərində Rusiya silahlı qüvvələrinin bölmələrinə qarşı uğurlu əks-diversiya əməliyyatı apardığını qeyd edib.