Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sidneydəki terror zamanı 12 nəfər ölüb, saxlanılanlar var

Sidneydə Bondi çimərliyindəki terror aktı ilə bağlı iki nəfər saxlanılıb.

Bu barədə "The Sydney Morning Herald" qəzeti xəbər verir.

Məlumata görə, Avstraliyanın ən böyük şəhərinin cənub-qərbində yerləşən Bonniriq rayonunda bir evdə aparılan axtarışlardan sonra hüquq-mühafizə orqanları iki kişini həbs edib.

Qeyd olunub ki, Yeni Cənubi Uels ştatının iğtişaşlara qarşı mübarizə dəstəsinin əməkdaşları həmin şəxsləri atəş açanlardan birinə məxsus evdə aşkar ediblər.

Ştat polisinin son məlumatına görə, cinayətkarın zərərsizləşdirilməsi istisna olmaqla, 11 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb. "İki əməkdaş odlu silah yarası alaraq kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar əməliyyat olunur", – deyə polis komissarı Mol Lanyon bildirib.

***

Sidneydə (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12 nəfərə yüksəlib.

“News.com.au” xəbər verir ki, atışma terror aktı kimi təsnif edilib.

"Bir polis nəfəri və atıcılardan biri də daxil olmaqla, azı 12 nəfər həlak olub. Digər hücumçu yaralanıb və ağır vəziyyətdə nəzarət altındadır. Şəhər xəstəxanalarına ən azı 25 nəfər aparılıb. Yaralılar arasında iki polis də var", - deyə açıqlamada bildirilir.

Atəş açanlardan birinin şəxsiyyəti də müəyyən olunub – onun Navid Əkrəm olduğu bildirilib.

KİV-in məlumatına görə, ştat polisi hadisə yerində şübhəli əşya aşkarlayıb, bunun kustar üsulla hazırlanmış partlayıcı qurğu olduğu ehtimal edilir və onun zərərsizləşdirilməsi üzərində iş aparılır.

Qeyd edək ki, bayram tədbirinə təxminən yəhudi icmasının 2 min nəfər nümayəndəsi qatılıb.

***

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.

"BNO News"anın məlumatına görə, yayılan videoda əlində tüfəng olan iki silahlı şəxsin atəş açdığı görünür.

Yerli polis bildirib ki, Hanuka bayramı münasibətilə keçirilən tədbirdə atışma nəticəsində 10 nəfər həlak olub: "Silahlılardan biri öldürülüb, digəri isə tibbi yardım alır. Onlar Bondi çimərliyində məqsədli şəkildə atəş açaraq 10 nəfəri öldürüblər".

Həlak olanlar arasında uşaqlar və bir polis zabiti də var.

Polisin fikrincə, cinayətkarlar bu hadisəni bir neçə ay ərzində planlaşdırıblar.