Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya ağır zərbə: Son sutkada 400 rusiyalı hərbçi məhv edilib

"Ukraynada Rusiya ordusunun daha 400 hərbçisi məhv edilib".

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 250-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 936 tank, 4 251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 162 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.