Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın mobil operatoru Şuşanı “erməni ərazisi” sayır? - FOTO

tən gün Şuşada Rusiyanın Tele-2 mobil operatorunun xidmətlərindən istifadə edənlər, “Ermənistan ərazisində” qarşılandıgı barədə qəribə SMS-bildirişi alıblar.

Mesajda həmçinin zənglər və İnternet bağlantısı tarifləri də göstərilir.

“Ermənistana xoş gəlmisiniz! Bütün daxil olan zənglər - 22 rubl / dəq., Rusiya ərazisinə və ya qəbul edən ölkəyə gedən nömrələr - 22 rubl / dəq. SMS - 6,5 rubl.

Gündə 350 rubl üçün limitsiz İnternet ("Xaricdə Limitsiz İnternet" xidmətinin şərtləri ilə). Hesabınızı bank kartı ilə doldurun: https://topup.tele2.ru.”



Maraqlıdır ki, bir həftə əvvəl mətbuatda Tele2-nin Xankəndindəki istifadəçiləri Azərbaycanda salamladıgı barədə xəbərlər yayılmışdı. Deyilənə görə, bu ermənilərin hiddətinə səbəb olmuşdu.

Əgər Rusiya şirkəti ermənilərin təzyiqinə boyun əyərək, “özünü reabilitasiya etmək” qərarına gəlibsə, bu, çətin ki, onun Azərbaycandakı biznes maraqlarına dəstək olacag.