Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyalı ombudsman Azərbaycanda zavod aldı

Rusiyanın “Abrau-Durso” Səhmdar Cəmiyyəti ilə “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb.

“Abrau-Durso” şərab zavodunun inkişafı üçün ümumi həcmi 4.500.000 manata yaxın məbləğdə investisiya yatırmalıdır.

“Abrau-Durso” Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.

Qeyd edək ki, “Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.

Xəbərin maraqlı tərəfi isə Rusiya şirkətinin sahibi ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, “Abrau-Durso” Rusiyanın məşhur Titovlar ailəsinə məxsusdur. Ailənin başçısı isə rusiyalı ombudsman Boris Titovovdur. Şirkətin sahibi də məhz odur. (sfera.az)