Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Rusiya Zaporojye AES-in ətrafına qoşun yeridib” - Con Kirbi

“Rusiya Ukraynanın ən böyük atom elektrik stansiyası olan Zaporojye ətrafına qoşun yerləşdirib”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmilərinin bölgəyə girişinin əngəllənməməsi lazım olduğunu vurğulayıb.

“Elektrik stansiyası ətrafında qarşıdurmalara son qoyulmalıdır. Atom elektrik stansiyası hərbi əməliyyatların yeri deyil”, Kirbi əlavə edib