Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanın işğalına necə hazırlaşıb: Zelenskinin qaçması, ordunun təslim olması...

Rusiyaya Vladimir Zelenskinin qaçması və Ukrayna ordusunun təslim olması üçün az sayda hərbçi və bir neçə gün lazım olmalıymış.


Moskva hadisələrin belə inkişafına ümid edib, çünki hərbi müdaxilə üçün diqqətlə zəmin hazırlayıb.


Bu barəfə "Reuters" beynəlxalq informasiya agentliyinin araşdırmasında deyilir.


Nəşrin jurnalistləri müəyyən edib ki, Kreml Ukraynanın dövlət aparatına gizli agentlərinin geniş şəbəkəsini yeridib, onlar da satın almaq və inandırmaqla məşğul olub.


Agentliyinin həmsöhbətlərinin birinin- Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilovun  sözlərinə görə, hərbi müdaxilənin əvvəlınə rusiyalı agentlər həm hüquq-mühafizə orqanlarında, həm müdafiə və təhlükəsizlik xidmətlərində fəaliyyət göstərib.


Gizli agentlərin fəaliyyətinə nümunə olaraq "Röyter" Çernobıl AES-in ələ keçirilməsini göstərib.


Hal-hazırda Ukrayna müstəntiqləri Ukrayna Milli Qvardiyası döyüşçülərinin stansiyaya hücum zamanı silahı yerə qoymalarının nə dərəcədə qanuni olmasını öyrənir, Çerbobıl AES-in təhlükəsizlik xidmətinin rəisi Valentin Viter isə dövlətə xəyanətdə şübhəli bilinir.


Agentlik tərəfindən öyrənilən sənədlərdən bəlli olur ki, Viter hərbi müdaxilə günü Milli Qvardiyanın komandirinə "insanlara rəhm etməyi" məsləhət görüb, özü isə postunu tərk edib.


Bundan başqa, agentlik məlumat verir ki, rusiyalı agentlər hələ ötən il Çernobıla göndərilib ki, məmurları satın alıb, stansiyanı qansız ələ keçirmək üçün zəmin hazırlasınlar.


"Rusiyanın Çernobılı ələ keçirməsinə rəğmən, onun Kiyevdə hakimiyyəti ələ keçirmək planı iflasa uğrayıb.


Rusiya və Ukraynada çoxsaylı mənbələrə görə, Moskva tərəfindən yeridilən casuslar öz işinin öhdəsindən gələ bilməyib. Agentlər və kuratorlar Ukraynanı zəif hesab edib, bu isə tamamilə yanlış olub", - agentlik qeyd edir.


Bu zaman "Röyter" etiraf edir ki, rusiyalı casuslar bir məsələdə uğur qazanmağa nail olub- onlar Ukraynanın daxilində etimadsızlıq toxumu səpməyi və Ukrayna Təhlükəsizlik Xidmətində problemləri üzə çıxarmağı bacarıb.


Bunun nəticəsi olaraq bu yaxınlarda İdarənin rəhbəri İvan Bakanov işdən azad edilib və ölkə rəhbərliyində kadr dəyişiklikləri aparılıb.