Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusu 150 əsgərini itirdi

Rusiya ordusu son 24 saat ərzində daha 150 əsgər itirib.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının 24 fevral-23 avqust tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı verdiyi açıqlamada deyilir.

Açıqlamada Rusiya ordusunun ümumilikdə 45 550 əsgər itirdiyi, 234 təyyarə, 193 helikopter, 1 921 tank, 4 238 zirehli texnika, 1 033 artilleriya, 266 reaktiv yaylım atəşi sistemi və 146 hava hücumundan müdafiə sisteminin məhv edildiyi bildirilib.

Rusiya qüvvələrinin 3 150 avtomobil, 15 gəmi və kater və 817 pilotsuz uçuş aparatını itirdiyi qeyd edilən açıqlamada, ruslar tərəfindən atılan 196 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi qeyd olunub.