Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Macarıstanda iki nüvə reaktoru tikəcək

Yaxın həftələrdə Rusiyanın “Rosatom” şirkəti Macarıstanda iki yeni nüvə reaktorunun tikintisinə başlayacaq.

BBC xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib.

Nazir deyib ki, bu yolla uzunmüddətli perspektivdə Macarıstanın enerji təhlükəsizliyi təmin ediləcək və nüvə reaktorunun tikintisi macarları enerji qiymətlərindəki kəskin dalğalanmalardan qoruyacağıq".

O, əlavə edib ki, nüvə reaktorları 2030-cu ildə istismara hazır ola bilər. 12,5 milyard avro dəyərində olan layihə Rusiya tərəfindən maliyyələşdirilir.

Qeyd edək ki, Rusiya və Macarıstan arasında 2014-cü ildə bağlanmış müqavilə mövcud “Paks” Atom Elektrik Stansiyasının (AES) genişləndirilməsinə yönəlib.

“Paks” AES hazırda Macarıstanın elektrik enerjisinin 40%-ni istehsal edir. Əlavə iki reaktorla hazırda sovet istehsalı olan dörd reaktordan ibarət atom elektrik stansiyasının gücü iki dəfədən çox artacaq.