Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya İran maşınlarına möhtac oldu

Bu ildən Rusiya İran istehsalı maşınları ölkəyə idxal edəcək.

"İran Khodro" markasının Peugeot və Renault lisenziyası ilə buraxdığı eyni marka maşınlar 2022-ci ildə Rusiya bazarlarında görünəcək.

Artıq Niva Travel Lada istehsalaını artırır.

"İran Khodro"nun baş direktoru Mehdi Hatibi bəyan edib ki, artıq Moskva ilə danışıqlar bitib, Rusiya bazarı onun üçün ən vacibi olacaq:

"Biz 2009-ci ildə öz məhsulumuzu Rusiyaya çatdırmaq istəyirdik, amma o vaxtkı danışıqlar uğurlu olmadı".