Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Finlandiya və İsveçə cavab verəcək - Medvedev

Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyü fonunda yaranan təhdidlərə simmetrik cavab verəcək.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Finlandiya və İsveç NATO-nun tərkibində müxtəlif mövqelər tuta bilərlər, bu onların öz işidir. Əgər bu ölkələr öz ərazilərində qırıcı silahlar yerləşdirərlərsə, Rusiyanın da cavabı simmetrik olacaq" - Rusiya rəsmisi bildirib.

Medvedev hər iki ölkənin NATO-ya üzvlüyü fonunda onlarla münasibətlərə yenidən baxılmasının vacibliyini diqqətə çatdırıb.