Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ABŞ-la ticarətdən ayda bir milyard dollar qazanır - Sanksiyalar işləmir?

Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, Rusiya məhsullarının ABŞ-a axını davam edir.

Moskva bu ticarətdən hər ay bir milyard dollardan çox gəlir əldə edir.

Məlumata görə, son altı ayda Rusiya ABŞ-a 3600-dən çox partoyada ağac, metal, rezin və digər mallar göndərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən 50% azdır.

Dövlət Departamentinin Sanksiyaların Əlaqələndirilməsi İdarəsinin rəhbəri Cim O'Braynın bu rəqəmləri belə izah edib:

“Biz sanksiyalar tətbiq etdikdə, bu, qlobal ticarəti poza bilər. Ona görə də bizim vəzifəmiz hansı sanksiyaların daha çox təsir edəcəyini düşünmək və qlobal ticarətin işləməsinə imkan verməkdir”.