Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir

ABŞ Rusiyanın İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir.

Bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistin Rusiyadakı ehtimal olunan taun hadisəsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Biz bunu çox yaxından izləyirik. Düşünmürəm ki, bu, təşvişə səbəbdir, lakin diqqət yetirilməli məsələdir və biz bunu edirik”, – Rubio bildirib.

Qeyd edək ki, İrkutskdakı Taunla Mübarizə Elmi-Tədqiqat İnstitutunun 28 yaşlı əməkdaşının ölümündən sonra Rusiyada mümkün pnevmonik taun hadisəsi ilə bağlı narahatlıq yaranıb. Rusiya rəsmiləri qadının “etiologiyası naməlum pnevmoniya”dan öldüyünü açıqlayıb və taun diaqnozunu təsdiqləməyib. Təxminən 200 nəfərin tibbi müşahidəyə götürüldüyü bildirilir.

ABŞ Dövlət Departamenti də hadisə ilə bağlı məlumatları Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ilə birlikdə yaxından izlədiyini açıqlayıb.