Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ronaldu yenidən İtaliyaya yollana bilər - FOTO

“Mançester Yunayted”in ulduz hücumçusu Kriştianu Ronaldu karyerasını “A” seriyasında davam etdirə bilər.

Bu barədə insayder Canluka Di Marsio deyib.

Qeyd olunur ki, portuqaliyalı agent Xorxe Mendeş hazırda müştərisinin Çempionlar Liqasında oynaması üçün müxtəlif variantlar üzərində işləyir.

Kriştianunun xidmətləri xüsusilə “Milan” və “Napoli”yə təklif olunub.