Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ronaldu "Mançester Yunayted"də qalmağa qərar verdi

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu cari mövsüm İngiltərənin "Mançester Yunayted" klubunda qalacaq.

Bu barədə iddianı jurnalist Pedru Almeyda irəli sürüb.

Buna "qırmızı şeytanlar"ın İspaniya "Real Madrid"indən Kazemironu transfer etməsi səbəb olub. Portuqaliyalı forvard braziliyalı oyunçunun keçidinə görə Mançester təmsilçisində qalmağa qərar verib.

Qeyd edək ki, Kriştianu Ronaldunun klubla 2023-cü ilin yayınadək müqaviləsi var. Təcrübəli oyunçu "Real Madrid"də Kazemiro ilə birlikdə çıxış edib.