Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəşad Sadıqovdan Qurban Qurbanov barədə bir cümlə: "Şükür etsək yetməz" - FOTO

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.

Ağdam klubunun sabiq kapitanı “atlılar”ın  İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırdığı (3:2, 2:2) oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.

Sadıqov paylaşımında qeyd edib: “Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!”.