Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən ayrılıb

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb.

Bu barədə "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov məlumat verib.

O, bu məqsədlə PFL-də klub rəhbərləri ilə iclasın keçirildiyini və şəxsi səbəblərdən toplantıya qatıla bilmədiyini vurğulayıb. Nəcəfov iclasda əyalət təmsilçisinin baş meneceri Nail Kərimovun iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-ə rəhbərlik edirdi. (Report)