Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rafael Fiziyevin Geyci ilə döyüşünün vaxtı bəlli olub

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ təmsilçisi Castin Geyci ilə mümkün döyüşünün vaxtı açıqlanıb.

"fighttime.ru" saytı xəbər verir ki, görüş bu il dekabrın 10-da Las-Veqasdakı UFC-282 turnirində baş tuta bilər. Bu, təşkilatın cari ildəki son tədbiri olacaq.

Döyüşçülərin özləri hələlik bununla bağlı heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.