Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putinin A, B, C planları puça çıxıb, D planına əl ata bilər”

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News” kanalına müsahibəsində deyib ki, Ukrayna ilə müharibə aparan Rusiya bir sıra ərazilərdə uğursuzluğa düçar olur, ona görə prezident Vladimir Putin yenidən strategiyanı dəyişməyə cəhd göstərə bilər.

Ben Uolles vurğulayıb: “Hazırda ruslar bir sıra ərazilərdə uduzurlar. Putinin A, B, C planları puça çıxıb və o, D planına əl ata bilər”.

2014-cü ildə Ukraynanın Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkədə total hərbi əməliyyatlar aparır, şərq və cənub bölgələrinin böyük bir hissəsini ələ keçirib.