Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin və Paşinyan bir həftə ərzində ikinci dəfə Qarabağı müzakirə ediblər

Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonla Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bu haqda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Paşinyan və Putin Ermənistan-Rusiya münasibətlərinin gündəmindəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunublar, 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Qarabağdakı vəziyyət Ermənistanın baş nazirinin təşəbbüsü ilə avqustun 24-də də Putin və Paşinyan arasında müzakirə olunmuşdu.