Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin rus qoşunlarına bunu tapşırıb... - General SİRLƏRİ AÇDI

"Rusiyanın Ukraynaya qarşı müharibəsi indi dönüş nöqtəsinə çatıb, düşmən öz vəzifələrini yerinə yetirməyə çalışır: Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq, eləcə də Ukrayna Silahlı Qüvvələrinin cənubdakı fəal hərəkətlərinə qarşı çıxmaq".

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko bildirib.

"Aydındır ki, bu, dönüş nöqtəsidir. Onlar həmin ərazilərə İzyum istiqamətindən, Donbas bölgəsindən qoşunların köçürülməsini, hava desantlarının yerləşdirililməsini və s. planlaşdırırlar. Ukrayna ordusu güc, ehtiyat toplamalı və hərbi potensialını artırmalıdır. Ancaq bir problem var - silah çatışmazlığı. Müttəfiqlər bizi silahla təmin etməyə tələsmirlər, baxmayaraq ki, onların hərbçiləri birmənalı şəkildə deyirlər: dəyişikliklərin olması üçün! - indi belə bir məqamdır, Ukraynaya kömək etməliyik. Amma Qərb ölkələrinin hər birinin də öz siyasi mövqeyi var" - Romanenko qeyd edib.