Logo
news content
User
Kateqoriyalar

Xəbər

PKK rəhbərliyində təmsil olunan qadın məhv edilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalında yerləşən Süleymaniyə bölgəsində növbəti antiterror əməliyyatı keçirib.

“Anadolu” xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Hatice Hezer məhv edilib.

Terrorçu PKK-nın “şura” üzvü kimi fəaliyyət göstərirmiş.

Əməliyyatın detalları açıqlanmayıb.