Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Nokia” da Rusiyanı tərk edir

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” 2022-ci ilin sonuna qədər Rusiyadakı biznesinin böyük hissəsini bağlamağı planlaşdırır.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İsveçin “Ericsson” şirkəti də yaxın aylarda Rusiyadakı biznesini tədricən dayandıracağını söyləyib. Şirkət artıq aprel ayında Rusiyadan tamamilə çıxdığını elan edib.

“Ericsson” və “Nokia”nın Rusiyadan tamamilə çıxması ilə ölkənin mobil operatorları Çinin “Huawei” və “ZTE” şirkətlərindən daha çox asılı olacaq.

Xatırladaq ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər bu ölkə ilə əməkdaşlığı dayandırıblar. Avtomobil istehsalından tutmuş bank sahəsinə, yeyinti sənayesindən energetika sektoruna qədər hazırda Rusiya bazarını tərk etmiş 600 şirkət yer alıb.