Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
06 Oktyabr 2026
Nigeriyanın Benue ştatındakı Katsina-Ala çayında 100-dən çox insanı daşıyan gəmi qəzaya uğrayıb.
Bu barədə "Vanguard" qəzeti ştatın Fövqəladə Halların İdarə Olunması Agentliyinə (SEMA) istinadən yazır.
Məlumata görə, hadisə ölkənin şərqindəki Buruku yaşayış məntəqəsi yaxınlığında baş verib.
"Mövcud məlumatlara görə, göyərtəsində 100-dən çox insanın olduğu taxta kanoe şənbə günü çayı keçərkən çevrilib və nəticədə 30-dan çox sərnişin su altında qalıb", - agentlikdən bildiriblər və əlavə ediblər ki, gəmiyə minmə zamanı onların qeydiyyatı aparılmadığı üçün sərnişinlərin dəqiq sayını hələ müəyyənləşdirmək lazımdır.
SEMA-nın məlumatına görə, hadisənin baş verdiyi ərazisdə çaydan iki meyit çıxarılıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Gəminin qəzaya uğramasına səbəbin həddindən artıq yüklənmə ola biləcəyi ehtimal edilir.