Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
29 Dekabr 2025
Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, E.İbrahimov bu ilin noyabr ayının 12-də müvafiq sərəncamla həmin vəzifəyə təyin edilmişdi.