Logo
news content
User
Kateqoriyalar

Xəbər

NASA Ayda həyat üçün yararlı mağaralar tapıb

NASA-nın mütəxəssisləri Ayda insanların yaşaması üçün uyğun temperatura malik mağaralar aşkar ediblər. Onların daxilində havanın hərarəti təxminən 17 dərəcə selsidir.

İlk dəfə Yerin təbii peykinin səthində dəliklər 2009-cu ildə müşahidə edilib. Yeni araşdırmada alimlər mağaralardan günəş radiasiyasından, meteoritlərdən və kosmik şüalardan sığınacaq kimi istifadə oluna biləcəyi üçün onların hara apardıqlarını öyrənməyə qərar veriblər. Aşkar edilmiş çökəkliklərdən ikisində mağaralara və boşluqlara aparan çıxıntılar olub.

Qeyd edək ki, tədqiqatçılar temperaturu təhlil etmək üçün termal görüntüləmə kamerasından istifadə ediblər.