Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müalicə üçün Rusiyaya getmək istəyən Atambaev Moskvaya buraxılmadı

Qırğızıstanın Dövlət Penitensiar Xidməti ölkənin keçmiş prezidenti Almazbek Atambayevin Moskvada müalicə almasına icazə verməyib.

“Sputnik Qırğızıstan” xəbər verir ki , bu barədə vəkil Zamir Coşev məlumat verib.

Bildirilib ki, Atambayevin müalicə üçün Rusiyaya getməsi üçün heç bir hüquqi əsas yoxdur:

“Atambaevin səhhəti nisbətən qənaətbəxşdir, o, İK-27 tibb bölməsində müalicə alır”.

Qeyd edək ki, sabiq dövlət başçısının qida borusu və bel nahiyəsində problemlər yaranıb.

Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olub. O, 2019-cu ilin iyununda prezident toxunulmazlığından məhrum edilib və korrupsiya işi ilə bağlı saxlanılıb.

Bundan sonra Atambaev 2020-ci ilin oktyabrında Bişkekdəki etirazçıların tələbi ilə qısa müddətə azad edilib, lakin bir neçə gün sonra yenidən saxlanılıb.

Bundan əvvəl Atambayev iğtişaşlar və 2020-ci ildə hakimiyyəti ələ keçirmək cəhdinə görə bəraət qazanıb.