Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvada partlayış olub, 3 nəfər ölüb

Moskvanın Yeletskaya küçəsində Daxili İşlər Nazirliyinin şöbəsinin binası yaxınlığında partlayış baş verib.

Bu barədə "REN TV" mənbələrə istinadən məlumat yayıb. Partlayış nəticəsində 3 nəfər, o cümlədən 2 polis əməkdaşı ölüb. 

Rusiya Federasiyasının İstintaq Komitəsindən bildirilib ki, “İstintaqın məlumatlarına görə, 23-dən 24-nə keçən gecə Moskvanın Yeletskaya küçəsində iki DYP əməkdaşı polis xidməti avtomobilinin yanında şübhəli şəxs görüblər. Onlar onu saxlamaq üçün yaxınlaşdıqda, partlayıcı qurğu işə düşüb” 

Maraqlıdır ki, hadisə dekabrın 22-si Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun avtomobilinin partladıldığı yerə yaxın ərazidə baş verib.