Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milyarderin pul fırıldağı: Tramp keçmiş həyat yoldaşını elə dəfn etdi ki...

ABŞ-ın sabiq Prezidenti Donald Tramp vergidən yayınmaq üçün birinci həyat yoldaşını Nyu-Cersidə özünəməxsus qolf klubunda dəfn etməkdə ittiham olunur.

Bu barədə “Daily Mail” nəşri yazıb.

Yerli qanunlara görə, qəbiristanlıqdakı torpaqdan vergi tutulmur. Bu fakta Dartmut kollecinin sosiologiya üzrə professoru, vergi hüququ üzrə ekspert Bruk Harrinqton diqqət çəkib.

“Mən Nyu-Cersi ştatının Vergi Məcəlləsini nəzərdən keçirmişəm və bu, vergidən üçqat yayınmadır”, - deyə Harrinqton öz tviter hesabında yazıb.

Belə ki, Nyu-Cersi ştatının qanunlarına görə, dəfn üçün ərazisini verən torpaq sahibləri daşınmaz əmlak və şəxsi əmlak vergiləri, gəlir vergisi və satış vergisindən azad olunurlar.



Daha sonra Harrinqton qeyd edib ki, qanunda ərazinin qəbiristanlıq hesab olunması və vergilərdən azad olması üçün torpaqda ən azı neçə qəbir olmasına dair heç bir bənd yoxdur.

Qeyd edək ki, 73 yaşlı İvana Tramp iyulun 14-ü pilləkəndən yıxıldıqdan sonra aldığı xəsarətlərdən ölüb.

Onunla vida mərasimi iyulun 20-si Nyu-Yorkda baş tutub.

Donald Tramp və İvana Tramp 1977-1992-ci illərdə ailəli olublar.