Logo
news content
User
Kateqoriyalar

Xəbər

Meyumunçiçəyi ilə bağlı qlobal fövqəladə vəziyyət elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə də daxil olmaqla onlarla ölkədə müşahidə edilən meymunçiçəyi epidemiyası ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib.

ÜST 76 ölkədə 19 mindən çox meymunçiçəyinə yoluxma halının olduğunu açıqlayıb.

Bildirilib ki, epidemiyanın episentrinə çevrilmiş Avropadan qorxulu xəbər gəlib.

Qeyd edək ki, Avropada meymunçiçəyi səbəbilə ilk ölüm İspaniyada olub. İspaniya Səhiyyə Nazirliyindən verilən son məlumata görə, ölkədə 4298 meymunçiçəyi virusunun aşkar edilib. Məhz dünyada ən çox meymunçiçəyi xəstəliyi İspaniyada qeydə alınıb, onlardan 120 nəfəri xəstəxanaya yerləşdirilib.

Meymunçiçəyi virusundan ilk ölüm isə Braziliyada qeydə alınıb. Ölən 44 yaşlı kişidir.

Braziliya Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə yoluxanların sayının 1066-ya yüksəldiyini bildirib.