Meymunçiçəyinə qarşı peyvənd təsdiq edildi
23 İyul 2022
Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı "Imvanex" peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.
Bu barədə Avropa Dərman Agentliyinin yaydığı məlumatda bildirilir.
Bu peyvənd 2013-cü ildən Avropa İttifaqında çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilmişdir.
Mütəxəssislərin fikrincə, dərmanın əks təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur.
Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək.