Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur türkiyəli müğənni Gülşen həbs olunub

Türkiyənin məşhur müğənnisi Gülşən ilə bağlı həbs qərarı verilib.

Türkiyə KİV-ə istinadən xəbər verir ki, prokurorluğa verdiyi ifadədən sonra İstanbul Sülh Cəza Hakimliyinə köçürülən Gülşən Çolakoğlu orada sorğu-sual edildikdən sonra həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.



Qeyd edək ki, Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb. Müöənni konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Tviterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu Gülşenə qarşı xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama ittihamı irəli sürüb.



 










Посмотреть эту публикацию в Instagram























 

Публикация от @magazinnoteri