Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenko Şolts və Makronu uşaq adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronu uşaq adlandırıb.

BELTA xəbər verir ki, bu barədə respublika başçısı jurnalistlərə müsahibəsində deyib.

Belarus lideri Almaniya kansleri və Fransa prezidentini Rusiya prezidenti Vladimir Putinlə qapalı söhbətlərinin məzmununu ictimaiyyətə açıqlamasına görə qınayıb və bu cür davranışın avropalı siyasətçilər üçün qəbuledilməz olduğunu vurğulayıb.

Prezident əlavə edib ki, Şolts heç nə başa düşməyən və siyasəti anlamaq istəməyən uşaqdır: “Bu uşaqdır, başa düşürsüz? Mümkün deyil, belə olmaz”.