Logo
news content
User
Kateqoriyalar

Xəbər

Latviyalı nazirdən Rusiya ilə bağlı sərt təklif: "VİZA VERİLMƏSİN!"

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa qoymalıdır.



Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs “Twitter“ səhifəsində bildirib.



“Aİ Rusiyanı terrorizmin himayədarı hesab etməlidir. Mən Rusiya vətəndaşları üçün Aİ-nin turist vizalarına qadağa qoyulması təklifimi bir daha bəyan edirəm”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Latviya hökuməti sərhədi keçən Rusiya vətəndaşlarına Ukraynadakı hərbi əməliyyatları pisləyən sənəd imzalamağı tələb edib.

Bundan imtina edənələrə sərhədi keçmək qadağan edilib.