Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laçın dəhlizinə alternativ yolun hansı tarixdən istifadəyə veriləcəyi açıqlandı

Laçın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

Bu barədə “Sputnik Armeniya” xəbər verir.

Məlumatda qeyd olunur ki, marşrutu müvəqqəti olaraq Gorus-Xankəndi avtomobil yolu ilə birləşdirən 4,7 km uzunluğunda yolda asfalt işləri artıq yekunlaşıb.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.