Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laçın dəhlizi bitdi: yeni yola “dəhliz” statusu veriləcək?

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür: gözləntilərə görə 25 avqustdan sülhməramlılar yeni yola keçməli, Laçın şəhəri, Zabux kəndi və artıq keçmiş sayılacaq dəhliz üzərindəki ərazilər Azərbaycana təhvil verilməlidir.

Əsas məsələ yeni yola “dəhliz statusu”nun verilib-verilməməsidir?

Bakının “dəhliz statusu” ilə bağlı razılaşmadığına dair məlumatlar var.

Ermənistanın “Hraparak” nəşri yazır ki, Azərbaycan tərəfi yeni yola “dəhliz statusu”nun verilməsi məsələsindən öncə razılaşmanın 4-cü bəndinin – erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun “dəhliz statusu” müzakirə edilə bilər.