Logo
news content
User
Kateqoriyalar

Xəbər

Krımdakı partlayışlarda Rusiyanın Qara dəniz donanmasının təyyarələrinin əksəriyyəti sıradan çıxıb

Krımda aviabazada baş vermiş partlayışlar nəticəsində Rusiyanın Qara dəniz donanmasının hərbi-dəniz aviasiyasının döyüş təyyarələrinin yarıdan çoxu sıradan çıxıb.

“Reuters” xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən avropalı məmur məlumat verib.

Onun sözlərinə görə, tərəflərdən heç birinin müharibənin gedişinə əhəmiyyətli təsir göstərmək imkanı yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Krımda Rusiyaya məxsus aviabazada partlayış olmuşdu. Ukrayna Prezident Ofisindən bildirilmişdi ki, bu, qarşı tərəfə xəbərdarlıqdır.