Logo
news content
User
Kateqoriyalar

Xəbər

Krım rəhbərliyi Rusiyaya qaçıb

Ötən gecə Krım rəhbəri Sergey Aksyonov və spikeri Vladimir Konstantinov Krım körpüsünün bağlanılması ərəfəsində yarımadanı tərk edib.

Hər iki şəxsin yeri ilə bağlı Ukrayna kəşfiyyatı hər hansı məlumata sahib deyil. Belə ki, onlar Moskvadan gələn zənglə Krımı tərk ediblər. Onlara həyatlarına təhlükə olduğu deyilib.

Qeyd edək ki, Ukrayna ordusu və xüsusi təyinatlı qüvvələri son günlər Krım istiqamətində bir sıra uğurlu əməliyyat həyata keçiriblər. Raket zərbələri və diversiya qruplarının əməliyyatı nəticəsində Rusiyanın bir neçə hərbi bazası, silah anbarı, təyyarələri partladılıb, dəmir yolu və elektrik stansiyası sıradan çıxarılıb.