Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kremldə gərginlik: "Qərblə gizli danışıqlar başlayıb..."

“Rusiya elitasındakı mənbələrim artıq Ukraynanın ələ keçirilməsinə inanmırlar və müharibənin nə vaxt bitəcəyini soruşurlar”.

Bunu “Bellingcat”ın araşdırmaçı-jurnalisti Xristo Qrozev deyib.

“Rus elitasından olan insayderlər Ukraynadakı müharibə ilə bağlı mövqelərini kəskin şəkildə dəyişiblər. Əvvəllər Kiyevin üç-dörd günə alınacağına əmin idilərsə, indi məndən müharibənin nə vaxt bitəcəyini soruşurlar”, - jurnalist bildirib.

Onun fikrincə, Kreml elitası Rusiya lideri Vladimir Putindən gizli Ukrayna ilə müharibəni dayandırmaq üçün Qərblə danışıqlar aparmağa çalışır:

“Əvvəllər mənim müharibənin şərtləri ilə bağlı sualıma cavab olaraq, (Putinin ətrafındakılar) üç-dörd günə Ukraynanın ələ keçiriləcəyindən danışırdılar. Sonra Ukraynada uzun müddət qalacaqlarını, qələbəsiz geri çəkilməyəcəklərini deyirdilər. Sonralar isə Rusiya məhv olsa belə, Ukraynadan getməyəcəklərini deməyə başladılar, geriyə yolun olmadığını söylədilər. İndi isə məndən soruşurlar ki, müharibə nə vaxt bitəcək?”.

Jurnalist vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri “ünyanın ikinci ordusu” mifini darmadağın edib.

“Kreml elitasındakı mənbələrim Putini ələ salırlar. Artıq onların güclü ordularının olmadığını deyirlər”, - Qrozev bildirib.