Logo
news content
User
Kateqoriyalar

Xəbər

Konfrans Liqası: "Neftçi" əzmkar qələbə ilə növbəti mərhələyə yüksəlib

"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.

83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.