Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev Lukaşenkonun "abırsız" təbrikini rədd etdi

Kiyev avqustun 24-də Belarus lideri Aleksandr Lukaşenkonun Ukraynanın Müstəqillik Günündə onun təbirincə deyilərsə, “abırsız” təbrikini rədd edib.

Reuters yazır ki, Ukrayna Lukaşenkonu Rusiyaya Ukraynaya müdaxilə üçün öz ərazisini meydan etməkdə günahlandırıb.

Xəbər verilir ki, Lukaşenko gözlənilmədən özünün rəsmi internet saytında Ukraynanın SSRİ-dən müstəqil olmasının 31-ci ildönümünü təbrik edib, ukraynalılara “təmiz səma, dözümlülük, mərdlik, güc və normal həyatın bərpasında uğur” arzulayıb.

Reuters xatırladır ki, Moskvanın ən yaxın müttəfiqi olan Minsk Belarus ərazisini minlərlə Rusiya əsgərinin Ukraynaya basqın etməsi üçün onun ixtiyarına verib.

Lukaşenko təbrik bəyanatında yazır:

"Mən əminəm ki, bugünkü mübahisələr iki ölkənin iki xalqı arasında əsrlərcə yaşı olan səmimi qonşuluğun bünövrəsini dağıtmayacaq”.

Ukrayna prezidentinin baş müşaviri Mixaylo Podolyak Twitter-də yazdığı postda Lukaşenkonun təbrikini tənqid edib:

"Lukaşenko deyəsən doğrudan da elə hesab edir ki, dünya onun Ukraynaya qarşı cinayətlərdə iştirakını görmür. Məhz bu səbəbdən də o ölümcül raketlərlə vurulmağımıza yol verdiyi halda bizə abırsızcasına “təmiz səma” arzu edir.”

Lukashenko trully believes that world does not notice his participation in crimes against . And that is why he cynically wishes "peaceful sky" by shelling us. This blood-soaked clowning is recorded and will have consequences. Right after the fall of barbaric ru-empire.


— Михайло Подоляк (@Podolyak_M) August 24, 2022

Özünə haqq qazandıran bəyanatlar

Reuters yazır ki, Lukaşenkonun bu təbriki onun son zamanlar Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən bəyanatları ilə ziddiyyət təşkil edir.

Ötən iyul ayında o Belarusu Rusiyanın “nasizmə” qarşı mübarizəsində bütün dünyada “yeganə müttəfiqi” adlandırmışdı.

O bu bəyanatı ilə əslində Moskvanın Ukraynada guya nasizmə qarşı döyüşdüyünə dair iddiasına haqq qazandırmışdı.

Kiyev və Qərb müttəfiqləri bəyan edirlər ki, Rusiya Ukraynada əsassız və səbəbsiz imperialist müharibə aparır.

Lukaşenka bundan əvvəl özünə haqq qazandırmaq üçün demişdi ki, Belarus Ukraynanın hərəkətlərinə görə müharibəyə “cəlb olunub”.

O iddia etmişdi ki, guya Belarus səmasında Ukraynadan atılan raketlər vurulub.