Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev atəşə tutulsa, cavab ağır olacaq - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə və ölkəsinin digər şəhərlərinə mümkün raket hücumlarına cavab olaraq nə edəcəklərini açıqlayıb.

O, Kiyevdə Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında bu barədə açıqlama verib.

“Kəşfiyyatımız partnyorlarımızla işləyir. Bu məlumatlara görə onlara minnətdarıq. Təhdid var. Amma mən ilk gündən, fevralın 24-dən bəri çox dəyişmiş nəsə görmürəm. Rusiya bunu hər zaman edir”, - Zelenski bildirib.

O qeyd edib ki, Rusiya Federasiyası raket zərbələrinin sayını artıra bilər, təcavüzkar bunu avqustun 23-ü və 24-ü də edə bilər.

“Kiyev vurulsa, Ukrayna nə edəcək? Cavab başqa şəhərlərdə necə verilirsə, elə olacaq. Bizi vuracaqlar, cavab verəcəyik, özü də tutarlı cavab”, - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri onu da deyib ki, bu cavab gündən-günə daha güclü olacaq.