Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsveçrədə kurortda partlayış olub, ölənlərin sayı 40-a çatıb

İsveçrənin Kran-Montana dağ-xizək kurortunda kafedə güclü partlayış olub. 

"Le Nouvelliste" qəzetinin məlumatına görə, partlayış nəticəsində təxminən 40 nəfər ölüb. Ən azı 100 nəfər yaralanıb.

KİV-in məlumatına görə, kurortda bir neçə partlayış baş verib. Hadisəyə baxmayaraq, kurort fəaliyyətini davam etdirir.  

Hələlik hadisənin terror aktı olub-olmadığı barədə dəqiq məlumat yoxdur. Buna qədər İsveçrə polisinin hadisəni terror aktı hesab etmədiyi barədə məlumat yayılmışdı.