Logo
news content
User
Kateqoriyalar

Xəbər

İspan gəmisinin batdığı yerdə xəzinə tapıldı - 366 il əvvəlin sirri

1656-cı ildə İspaniyanın “Nuestra Señora de las Maravillas” gəmisi Baham adalarında, sahildən 70 km aralıda batıb. 366 il ərzində gəminin dəniz dibindən çıxarılmasına bir neçə dəfə çalışılsa da, bütün cəhdlər uğursuz olub.

Bu yaxınlarda Baham adaları hökumətindən yerli və amerikalı dəniz arxeoloqları, dalğıclarla birlikdə ərazini araşdırmaq üçün lisenziya alan “Allen Exploration” şirkəti bölgədən çoxsayda qızıl zinət əşyaları, başalı daş-qaşlar tapdığını bəyan edib.

Tapıntıların Baham adalarındakı yeni muzeydə sərgilənəcəyi bildirilib.