Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda əcnəbi tələbə "lom"la öldürüldü

Bu gün İrəvanda tikinti materiallarının satış mərkəzində Hindistan vətəndaşının meyiti tapılıb.

“Sputnik Armenia”-yanın xəbərinə görə, hadisə David Bek küçəsində qeydə alınıb.

Hadisə yerində gələn hüquq-mühafizə orqanlarının əməkdaşları başından çoxlu zərbə almış və yanında metal "lom" olan gəncin meyitini aşkarlayıb.

Qətlə yetirilən şəxsin İrəvanda universitetlərdən birinə təhsil alan hindistanlı tələbə olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.