Logo
news content
User
Kateqoriyalar

Xəbər

İraqda Müqtəda əs-Sədr tərəfdarları Respublika Sarayına soxulublar - FOTOLAR

İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binaya soxulublar.

İğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra başlayıb.

Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.

Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub.

Qeyd edək ki, bundan əvvəl Müqtəda əs-Sədr özünün “Tvitter” hesabında paylaşım edib. İraqın ən tanınmış dini və siyasi liderlərindən biri sayılan Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini bildirib.